...

Azərbaycan 2009-cu ilin büdcəsinə olan proqnozlara düzəliş etməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2009 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir İ.Xəlilova /

"Azərbaycan hökuməti neftin qiymətinin büdcə göstəricilərində nəzərə alınmış qiymətdən (1 barelə görə 70 dollar) aşağı düşməsinə baxmayaraq, 2009-cu ilin büdcəsinə olan proqnozlara düzəliş etmək niyyətində deyil", - hökumətdəki mənbədən bildirilir.

Hökumət bu dəyişikliklərə ona görə ehtiyac görmür ki, yanvar-fevral aylarında ölkənin əsas maliyyə sənədinin gəlir hissəsi 98,9 faiz yerinə yetirilib. Nəticədə büdcənin 400 milyon həcmində profisiti yaranıb.

Qarşıdakı aylarda neftin qiymətinin düşmə tendensiyası davam edərsə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri hesabına ölkənin büdcə gəlirlərini zərərsizləşdirmək olar.

"Neftin qiymətindən asılı olmayaraq ARDNF-dən büdcəyə transfertlər konversiyadan sonra milli valyutada həyata keçirilir, çünki neft Amerika valyutasında satılır. Bu da öz növbəsində dövlət büdcəsinin proqnozlarını yerinə yetirmək imkanı verir", - hökumətdəki mənbə bildirib.

Azərbaycan Milli Bank və Maliyyə Nazirliyinin qiymətlərinə görə, büdcə gəlirlərinin 75 faizi neftin qiymətlərinin dəyişməsindən müdafiə olunub. Qalan 25 faizə bu qiymətlər təsir etsə də, ölkənin bu gün 18 milyard dollar aşan strateji ehtiyatları, həmçinin dövlət büdcəsindəki əlavə ehtiyatlar, dünya bazarlarında qiymətlərin oynaması ilə bağlı manevrlər və adekvat tədbirlərin qəbulu yolu ilə bu təsiri azaltmaq imkanı verir.

2008-ci ilin yekunlarına əsasən, büdcənin qalığı təxminən 400 milyon manat civarında formalaşıb ki, onların da bir hissəsi büdcə məqsədlərinə, digər hissəsi Maliyyə Nazirliyinin ARDNF-dəki xüsusi hesabına idarəetmə üçün yönəldiləcək.

Hesablama Palatasının sədri Heydər Əsədov hələ 2009-cu il büdcəsinin ötən ilin sonunda Milli Məclisdə müzakirəsi zamanı Azərbaycan büdcəsinin dünya bazarlarında neftin qiymətlərinin dəyişməsindən müdafiə olduğunu təsdiqləmişdi. O, bunu onunla izah etmişdi ki, dövlət xəzinəsinin təxminən 85-90 faiz gəlirləri fiksə olunub və birbaşa neft qiymətlərindən asılı deyillər. Digər tərəfdən 2009-cu il büdcəsinin xərcləri 97-98 faiz proqnoz göstəricilərindən maliyyələşdiriləcək ki, bu da vəsaitlərə qənaət etmək imkanı verəcək.

"Bizim hesablamalarımıza görə, neftin qiymətlərinin 50 dollara qədər düşməsi belə dövlət büdcəsinə problem yaratmayacaq", - Əsədov bildirib.

Onun sözlərinə görə, dünya bazarlarında neftin qiymətlərinin azalması tikinti və digər materialların dəyərinin azalmasına gətirib çıxarır. 2009-cu il büdcə layihəsində xərclərin əsas hissəsinin sərmayə məqsədlərinə yönəldilməsi planlaşdırılır. Ona görə də materialların qiymətlərinin azalması sərmayə layihələrinin ucuzlaşmasına gətirəcək ki, bu da büdcə vəsaitlərinin qənaətinə imkan verəcək.

Bu faktorları nəzərə alaraq Əsədov hesab edir ki, büdcə proqnozlarının bu il yerinə yetirilməsi riskləri minimaldır.

"Ölkə büdəcinə risk uzunmüddətli perspektivdə, yəni qiymətlərin iki-üç il 30-40 dollar səviyyəsində qalarsa, büdcə proqnozlarına dəyişiklik edilməsinə ehtiyac olacaq. Neftin qiymətinin 40 dollar səviyyəsində qalması halında Azərbaycanın ümumi büdcə-fiskal durumu müsbət olacaq", - dekabrda BVF-in Azərbaycan üzrə missiyasının başçısı deyib.

Neftin qiyməti 40 dolları ötərsə, DNF əlavə resurslar toplamaqda davam edəcək.

Missiyanın başçısı, BVF-in Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentinin direktor müavini Valeriya Fikeranın fikrincə, cari qiymətlərlə konsolidə edilmiş büdcənin kəsiri gözlənilmir və NF-in vəsaitləri dövlət xərclərinin maliyyələşdirilməsi üçün yetərlidir.

2009-cu il dövlət büdcəsinin proqnozları 12,177 milyard manat (ÜDM-in 27,9 faizi), xərclər - 12,355 milyard manat (28,3 faiz), kəsir - 178 milyon manat (0,4 faiz) təşkil edir.

Azərbaycan neftinin martın 12-də qiyməti bir barelə görə 44,37 dollar təşkil edib.

Martın 13-nə rəsmi məzənnə 0,8045 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti