...

Azercell ZengimCELL xidmətində yenilik edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2009 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı 14 mart / Trend /

Mobil rabitə operatoru Azercell Telecom ZengimCELL xidmətinə yenilik tətbiq edib. Azercell-in məlumatına əsasən, bundan sonra şirkətin istənilən abunəçisi xoşladığı ZengimCELL parçasını hədiyyə edə bilər.

Bunun üçün Mobil telefonun ekranında dostunuzun yeddi rəqəmli Azercell nömrəsini yığıb boşluq düyməsini basdıqdan sonra xoşladığınız ZengimCELL parçasının kodunu əlavə edib SMS-lə 6070 nömrəsinə göndərmək lazımdır.

Azercell-in fakturalı abunəçiləri üçün xidmətin qiyməti 2,05 manat (ƏDV-siz), SimSim (Bizdən Bizə, Açıq Xətt) abunəçiləri üçün 511 kontur və GəncSim abunəçiləri üçüçn 508 kontur təşkil edir.

ZengimCELL (Ring Back Tone) zəng gözləyərkən standart tonlu siqnallar əvəzinə müxtəlif melodiyalar, səsli mesajlar və səs effektləri təklif edən xidmətdir.

Azercell Telecom Azərbaycanın ən iri mobil operatoru olmaqla 3,5 mln. nəfərdən artıq abunəçiyə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti