...

Azərbaycanda Tələbələrin I Beynəlxalq Turizm Konfransı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2009 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir Ü.İsmayılova / 

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 21-22 aprel tarixlərində "Turizm - mədəniyyətlərarası dialoqu təmin edən amil kimi" adlı Tələbələrin I Beynəlxalq Konfransı keçiriləcək. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında bildirilir.

Konfrans turizm təhsilinin inkişafı, həmçinin Azərbaycanın turizm potensialının təbliği və təşviqi məqsədilə keçiriləcək.

Konfransda respublikanın bir sıra ali məktəbləri ilə yanaşı, Böyük Britaniya, Fransa, Rusiya, Gürcüstan və Qazaxıstan kimi ölkələrin tanınmış ali məktəblərinin tələbələri də iştirak edəcək.

Rəsmi məlumatlara görə, 2009-cu ildə Azərbaycana turizm axınının 10 dəfə artacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti