...

Texnikabank-ın aktivləri bir il ərzində 17%-dən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2009 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may / Trend /

2009-cu il mayın 1-i üçün "Texnikabank" ASC-nin aktivləri 444,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,4% çoxdur. Aprel ayı ərzində bankın aktivləri 3,2% artıb. Cari ilin 4 ayının yekunlarına görə, bankın aktivlərinin gəlirliliyi 1,93% təşkil edib.

Bankın məcmu kapitalı da yüksək artım tempi nümayiş etdirir. Son bir il ərzində bu göstərici 34,3%, 2009-cu ilin 4 ayı ərzində isə 15,5% artıb. Aprel ayında kapitalın artımı 3,1% təşkil edib. Cari ilin dörd ayının yekunlarına görə, bankın kapitalının gəlirliliyi 15,94% təşkil edib.

Hesabat dövrünün sonuna bankın kredit portfeli 343,8 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə olan göstəricidən 5% çoxdur. 01 may 2009-cu il tarixinə bankın fiziki şəxslərə təqdim etdiyi istehlak kreditlərinin həcmi 60,1 mln. manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünün göstəricisindən 8% çoxdur.

Aprel ayı ərzində bankın depozit portfelinin həcmi 4,9% artaraq, 1 may 2009-cu il tarixə 136,1 mln. manat təşkil edib. Əhalinin əmanətləri aprel ayı ərzində 7,4% artaraq, hesabat dövrünün sonuna 80,8 mln. manat səviyyəsinə çatıb. Bu məbləğin 87,1%-i fiziki şəxslərin müddətli əmanətlərinin payına düşür.

Hesabat dövrünün sonuna bankın xalis mənfəətinin vergilər ödənilənədək olan məbləği 8,4 mln. manat təşkil edib.

Aprel ayı ərzində bankın emissiya etdiyi plastik kartların sayı 16,0% artaraq, hesabat dövrünün sonuna 48,4 min kart təşkil edib. 01 may 2009-cu il tarixə bankın 48 bankomatı və 340 POS-terminalı plastik kart sahiblərinin xidmətindədir.

Mayın 13-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti