...

Azərbaycan taxıl ixracına başlaya bilər – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2009 16:32 (UTC +04:00)
Azərbaycan taxıl ixracına başlaya bilər – nazir

Azərbaycan, Gəncə, 15 may / Trend , müxbir V.Məmmədov / 

Azərbaycanda bir il müddətinə uzadılma şərti ilə 2007-ci ildə tətbiq edilən taxıl idxalının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi qərarının ləğv edilməsi taxılın qiymətinin artmasına səbəb olmayacaq. Bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib. ƏDV-dən azadedilmə 2007-ci ildə tətbiq edilmişdi və bu, çörək istehsalçılarına taxılın hər tonunu 50 dollar ucuz almaq imkanı verirdi.

"Taxıl idxalının ƏDV-dən azad edilməsi qərarının ləğv edilməsinədək ölkəyə kifayət qədər həcmdə taxıl gətirilib. Bundan əlavə ötən ilki məhsuldan daxili ehtiyatlar qalıb. Bu, qiymətlərin qalxmasına imkan verməyəcək", - deyə Abbasov Gəncədə keçirilən "Kənd təsərrüfatı sahəsində mütəxəssislərin hazırlanması problemi: Müasir vəziyyət, beynəlxalq təcrübə və yeni aqrar təhsil modeli" adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.   

Onun sözlərinə görə, 2008-ci ildə buğda əkini sahələrinin 800 min hektar artırılması nəticəsində bu il 2,160 mln. ton həcmində buğda məhsulu gözlənilir.

Nazir hesab edir ki, taxıl idxalının ƏDV-dən azad edilməsi qərarının ləğv edilməsi yerli taxıl istehsalının artmasına imkan yaradacaq.

"Yaxın gələcəkdə hətta biz taxıl ixrac edə bilərik", - deyə Abbasov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti