...

Azərbaycanın ASB Bank-ı yeni kredit kampaniyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2009 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend /

"Azərbaycan ASB Bank-ı İdeal Dershanesi şirkəti ilə birlikdə yeni kredit kampaniyasına başlayıb", - bankın məlumatında deyilir.

İdeal Dershanesi ilə razılaşmaya əsasən, ASB Bank-ın həyata keçirdiyi kampaniya İdeal tədris mərkəzində təhsil almaq istəyən tələbələrin maliyyələşdirilməsi məqsədilə keçirilir.

Təqdim olunan layihədə İdeal mərkəzi müxtəlif növ kurs və xidmətlər, o cümlədən kompyuter kursları, türk imtahan sistemlərinə hazırlıq, mühasibat kursları, ali məktəblərə hazırlıq, xarici dil (ingilis, rus) kursları, Anadolu Bakı Türk Liseyinə qəbul imtahanlarına hazırlıq təklif edir.

Kredit müqaviləsi tələbənin valideyninin adına, yaxud da tələbə özü işləyirsə, onun özünün adına imzalanır və təqdim olunur.

Kredit 1,6 faiz dərəcəsi ilə 3-12 ay müddətinə verilir. Kreditlərin minimal həcmi 300 manat, maksimal həcmi isə 4 min manatdır.

Krediti ASB Bank-ın istənilən filialına müraciət edərək almaq olar.

Bankın mətbuat xidmətinin rəhbəri Fərid Məmmədovun sözlərinə görə, bankın idarə heyətinin qərarına əsasən, təhsilə dəstək layihəsi çərçivəsində 2009-cu il Bank tərəfindən "Təhsil ili" elan edilib.

Bu məqsədlə bank işçiləri ölkədə və ondan kənarda bank sahəsində bilik, təcrübə və səriştələrinin təkmilləşdirilməsi və artırılması üzrə keçirilən seminar və təlimlərdə mütəmadi olaraq iştirak edirlər. Bankın mənfəəti üçün çalışan bank işçiləri, əməkdaşları ildənilə öz bilikləri, peşəkar səriştlərini artırırlar ki, bu da öz növbəsində ASB Bank-ın məhsuldar fəaliyyətinə yaxşı təsir göstərir.

Mayın 21-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti