...

"Akkord"da daxili məsələlərlə bağlı Bakıda geniş konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2009 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend /

"Bakıda "Akkord"da daxili məsələlərlə bağlı konfrans keçirilib", - şirkətin çərşənbə günün yayılan məlumatında deyilir.

Konfransda müzakirəyə çıxarılacaq əsas məsələlərdən biri - müasir idarəetmə sistemlərinin tətbiqi, həmçinin layihələrin idarə edilməsinin ən müasir sistemi olan "Primavera" proqramı olub. Həmçinin insan resursları ilə bağlı, işə qəbul məsələləri, kadrların yerləşdirilməsi ilə bağlı işlərin təşkili, bu sahədə zəruri treninqlərin keçirilməsi və s. barədə müzakirələr aparılıb.

Daha sonra ASC daxili maliyyə, mühasibat, kommunikasiya, informasiya texnologiyaları, hüquqla bağlı aktual mövzular ətrafında məruzələr dinlənilib. Məruzələr ətrafında müzakirələr aparılıb. Tədbirin ikinci yarısında əsasən keyfiyyət və standartlaşdırma, satış və marketinq, istehsalat və kommersiya, kütləvi informasiya vasitələri ilə iş, reklam və imicin formalaşdırılması, həmçinin icrasına ötən illərdə başlanmış və hazırda davam edən iri infrastruktur layihələrlə bağlı çıxışlar edilib, fikir mübadiləsi aparılıb.

Konfransda "Akkord İnşaat-Sənaye" ASC-nin İdarə Heyətinin sədri Neylan Uyar, ASC-nin Layihələrin İdarə Edilməsi Departamentinin rəhbəri Məzahir Cəmilov, ASC-nin Tikinti Proseslərinə Nəzarət Departamentinin rəhbəri Yavuz Uysal, Maliyyə Departamentinin aparıcı mütəxəssisi Orxan Əliyev və İnsan Resursları Departamentinin rəhbəri Yekbun Akbaş məruzələrlə çıxış edib

Xəbər lenti

Xəbər lenti