"Bank of Azerbaijan", bankın baş ofisində ölkə əhalisinin banka maksimal dərəcədə yaxınlaşdırılmasına xidmət edəcək Məlumat mərkəzinin (Call Center) istifadəyə verilməsinə dair bütün işlərin yekunlaşmasını elan edir. Bu gündən etibarən bankla əlaqə yaratmaq üçün Sizdən yeddi rəqəmli telefon nömrələrinin yığılması tələb olunmayacaq. Cəmi üç rəqəmin - 175 yığılması kifayyətdir və Məlumat mərkəzinin əməkdaşları 09.00-dan 18.00-dək sizin xidmətinizdə olacaqlar. Bizə, həm stasionar telefonlardan, həm də istənilən mobil operator vasitəsilə zəng vurmaq olar.
175 qısa nömrəsini yığmaqla, Siz həm bankın özü, həm də onun məhsulları və xidmətləri haqqında ətraflı məlumat ala bilərsiniz. Əgər Siz bankımızın müştərisisinizsə, bu halda hesabınızın vəziyyəti, kreditiniz haqqında məlumat əldə etmək imkanını qazanacaqsınız, bank isə öz növbəsində məlumatın məxfiliyinə zəmanət verir.
"Bank of Azerbaijan" Sizə bizimlə işləmək və ünsiyyətdə olmağınızın rahatlığının təmin olunması naminə daim çalışır. İndi isə 175 nömrəsi ilə.