...

Azərbaycan bankı Unibank əmanətçilərə avans ödəmə faizləri ilə yeni depozit təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2009 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyun / Trend /

Azərbaycan bankı Unibank əmanətçilərə avans ödəniş faizləri ilə "Faizlər irəli"  yeni depozitdən yararlanmaq imkanlarından istifadə etməyi təklif edir. Bu barədə bankın bazar ertəsi yayılmış məlumatında deyilir.

"Bank əhaliyə təklif olunan depozit məhsullarını təkmilləşdirərək yeni əmanət üzrə faizləri depozit müqaviləsinin rəsmiləşdirilməsindən dərhal sonra ödəyir. Bundan əlavə "Faizlər irəli " əmanət sahiblərinin hər birinə "Improtex Travel" və "BCD Travel"-də 10 faizlik endirim təqdim olunur", - bankın məlumatında deyilir.

Əmanət müddəti

Avansla ödəniş üzrə pul qoyuluşu, illik %

AZN

USD

EUR

6 ay

11,3

11,3

7,5

12 ay

12,0

12,0

9,0

Vəsaitin qoyuluşu üzrə əlverişıi şərtlərdən əlavə yeni depozit məhsulu çərçivəsində Unibank güzəştli şərtlərlə əmanət məbləğindən 50 faizədək həcmdə kredit alınmasına da imkan yaradır. Bu halda əmanətçilərə pulsuz Visa Classic və ya MasterCard Standard verilir. Kredit xətti üzrə faiz qoyuluşu depozit qoyuluşunun cəmi 3 faizini təşkil edəcək.

"Faizlər irəli" əmanətinin məbləği 25000 manatdan artıq olarsa (və yaxud bu məbləğin ekvivalenti), o zaman bankdan hədiyyə kimi "MBASK" şirkətinin "Travel Insurance" sığorta vəsiqəsi təqdim olunur. Verilmiş nümunə üzrə maksimal məbləğ məhdud deyil.

"Faizlər irəli" depoziti bankın iyunun 1-dən etibarən "Bahooo" kommunikasiya konsepti çərçivəsində həyata keçirilən ilk pərakəndə məhsuludur. Onun əsas prinsipi müasir reklam instrumentlərinin tətbiği vasitəsilə PR Unibank-ın hər bir müştərisi üçün xidmətlərin cəlbedici olmasıdır.

Xəbər lenti

Xəbər lenti