...

Azərbaycan bankı Əmrah Bank yeni brend siyasətinin tətbiqinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2009 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend /

"Azərbaycan bankı Əmrah Bank yeni brend siyasətinin tətbiqinə başlayır", - bankın çərşənbə günü yaydığı məlumatda deyilir.
Yeni brend siyasətinin bankın əsas dəyər və məramlarını əks etdirməsini təmin etmək məqsədi ilə, həmin siyasətin hazırlanması işinə brendlərin işlənməsi və tətbiqi sahəsində aparıcı beynəlxalq şirkət olan "McCann Erickson" cəlb edilib.

Məlumatda deyilir ki, o, özünün artıq tanınmış adını ("Əmrah Bank) qoruyub saxlamaqla bərabər, diqqəti brendinin, korporativ rənglər çələnginin, internet səhifəsinin dizaynı və məzmununun, o cümlədən filialların eksteryer dizaynının, habelə imicin əksi olan digər məlumat daşıyıcılarının yenidən işlənməsinə yönəldəcək.

"Bəhreyndə yerləşən Beynəlxalq İnvestisiya Bankı ilə strateji əməkdaşlığımız başlandığı vaxtdan bəri, bankda bir sıra fundamental dəyişikliklər yer alıb, belə ki, yeni strategiya, missiya və məramlar, daha mükəmməl korporativ idarəetmə sistemi qəbul olunub və bunların tətbiqinə başlanılıb. Hazırda beynəlxalq əməkdaşlıq genişlənir, yeni məhsul və xidmətlər təklif olunur və s. Təbiidir ki, bütün bu dəyişikliklər bizə mənsub və məxsus olan yeni dəyər, ənənə və məramların əksi kimi yeni korporativ imicin işlənməsi zərurətini yaradıb. Yeni loqotip, əsas etibarı ilə Əmrah Bank-ın nümunəvi bir banka, müvəffəqiyyətlə Qərbin yenilikləri ilə Şərqin stabilliyini biraraya gətirməyə qadir olan bir təşkilata çevrilmək arzusunun əksi olacaq. Eyni ilə o, müştəri və tərəfdaşlarımızın maraqlarının tam olaraq qorunmasını da təmin edən şəffaflıq, çeviklik və keyfiyyətin rəmzidir", - bankın idarə heyətinin sədri Emil Məmmədov bildirib.

1993-cü ildə yaradılmış Əmrah Bank bir sıra ixtisaslaşmış təşkilatların, o cümlədən Depozitlərin Sıgortalanması Fondu, Sahibkarlıga Yardım Milli Fondu və Azərbaycan Banklar Assosiasiyasının üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti