...

Azərbaycanda ipoteka istiqrazlarının ilkin yerləşdirilmə tarixi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2009 21:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend / 

2009-cu il iyunun 16-dan başlayaraq Azərbaycan Mərkəzi Bankı yanında fəaliyət göstərən Azərbaycan İpoteka Fondunun 15 milyon manat məbləğində faiz istiqrazlarının ilkin yerləşdirilməsinə başlanılacaq. Bu barədə cümə axşamı Bakı Fond Birjasının məlumatında deyilir.

Yerləşdirmənin ilkin vaxtında istiqrazların satış qiyməti nominaldan 100 faiz təşkil edəcək ki, bu da 1 000 manat təşkil edir. İstiqrazları əldə etmək istəyənlər brokerlərə - Bakı Fond Birjasının üzvlərinə müraciət edə bilərlər. 

İstiqrazların ödənilmə tarixi 2016-cı ilin mayın 10-na nəzərdə tutulub. Tələbat təklifdən artıq olarsa, bütün tələbnamələr mütənasib şəkildə təmin ediləcək. İstiqrazların yerləşdirilməsinin ilkin təşkilatçısı rolunda Azərbaycan Mərkəzi Bankı çıxış edəcək.

İpoteka Fondunun emissiya layihəsi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2009-cu ilin may ayının 29-da qeydiyyatdan keçib. Emissiyanın ümumi həcmi illik üç faizlə 55 milyon manat təşkil edir.

Emissiya layihəsinə müvafiq olaraq yerləşdirmə açıq yazılma üsulu ilə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti