...

Azərbaycan və Avstriya standartlaşdırma sahəsində memorandum imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2009 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir U.İsmayılova /

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin başçısı Ramiz Həsənov Avstriyaya səfəri çərçivəsində ölkədə dozimetrik labotatoriyanın yaradılması üzrə fəaliyyət planının müzakirəsi məqsədilə Atom Energetikası üzrə Beynəlxalq Agentlikdə görüşlər keçirib.  Bu barədə komitənin çərşənbə günü yayılmış məlumatında deyilir.     

Həsənov səfəri zamanı BMT-nin Sənaye İnkişafı Təşkilatında (UNIDO) görüşlər keçirib. Görüşdə standartlaşdırma, metrologiya və patent sahələrində əməkdaşlıq planı məsələsi müzakirə olunub. Xarici ekspertlər ilə təcrübə mübadiləsi haqqında qərar qəbul edilib. UNİDO-a səfəri zamanı Həsənov Təşkilatın baş direktorunun müavini və digər məsul şəxslərlə görüşüb.

Həsənov Avstriyada ölkənin standartlaşdırılma strukturunda görüşlər keçirib. Tərəflər sonrakı inkişafın perspektivlərini müzakirə edib, qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar.  

Xəbər lenti

Xəbər lenti