...

Gürcüstan İsrailin "Aşra" sığorta şirkəti ilə əməkdaşlığı bərpa edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 20:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanın iqtisadi inkişaf naziri Laşa Jvaniya İsrailə səfər edib. Jvaniya orada İsrailin "Aşra" dövlət sığorta şirkətinin nümayəndələri ilə görüşəcək.

Bu şirkət ölkə xaricindəki İsrail sərmayələrini sığorta edir. Ötən ilin avqustuna qədər sığorta edilən ölkələrin siyahısına Gürcüstan da daxil idi, ancaq gürcü-osetin mühribəsindən sonra o, bu siyahıdan çıxarılıb.

Üçhəftəlik danışıqlardan sonra bu həftə qətnamə imzalanacaq. Qətnamə çərçivəsində şirkət 20 milyon dollarlıq ilk layihəni sığortalayacaq.

Bu, Tbilisi də daxil olmaqla, ölkənin 23 regionunda 815 yerlik klinikaların tikintisini nəzərdə tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti