...

Azərbaycan əhalisi 10 il ərzində 12,2 faiz artıb – Dövlət Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2009 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul / Trend , müxbir Ü. İsmayılova/

13-22 aprel dövrünü əhatə edən siyahıyaalmanın ilkin məlumatlarına görə, Azərbaycan əhalisinin sayı 8,922 milyon nəfərdir. Bu barədə şənbə günü Azərbaycan Statistika Komitəsindən məlumat verilib.

15 yanvar 1959-cu ildəki siyahıyaalmaya görə, ölkə əhalisi 3, 684 milyon, 15 yanvar 1970-ci ildə 5,117 milyon nəfər, 17 yanvar 1979-cu ildə 6,027 milyon nəfər, 12 ynvar 1989-cu ildə 7,021 milyon nəfər, 27 yanvar 1999-cu ildəki siyahıyaalmaya görə isə 7,953 milyon nəfər olub.

10 il ərzində əhali 969 min nəfər və ya 12,2 faiz artıb.

Dövlət Komitəinin məlumatına görə, sonuncu siyahıyaalmanın ilkin məlumatına görə, ölkədə şəhər əhalisinin sayı 4,818 milyon nəfər (və ya ümumi sayın 54 faizi), kənd əhalisinin sayı isə 4,104 milyon nəfərdir (və ya 46 faiz). 

1999-cu ildən şəhər əhalisinin artan sayı 765 min, kənd əhalisinin isə 204 min nəfərdir.

Ölkədə kişilər 4,372 milyon, qadınlar isə 4,550 milyon nəfərdir. Bu da o deməkdir ki, qadınlar kişilərdən 178 min nəfər çoxdur.   

Dövlət Komitəsinin ilkin məlumatına görə, Bakı şəhərinin əhalisinin sayı 2,046 milyon nəfərdir (1999-cu ilə münasibətdə 14,4 faiz artıb). Naxçıvan Muxtar Respublikasının (NMR) əhalisi 390 min nəfərdir. Onlardan 115 mini şəhər, 283 mini kənd sakinləridir. NMR əhalisi 10 il ərzində 12 faiz çoxalıb. Azərbaycanın digər rayon və şəhərlərində 6,478 milyon adam yaşayır. Onlardan 2,657 milyonu şəhər, 3,821 milyon nəfəri kənd əhalisidir. Artım 11 faizdir.  

Gəncədə 313 min nəfər (1999-cu ildən artım - 4,7 faiz), Sumqayıtda 310 min nəfər (21,6%), Mingəçevirdə 96 min nəfər (2,1%), Şirvanda 77 min nəfər (10%), Şəkidə 63 min nəfər (3,3%), yevlaxda 58 min nəfər (11,5%), Xankəndində 55 min nəfər (dəyişikliksiz), Xırdalanda 92 min nəfər (3,2 dəfə), Lənkəranda 50 min nəfər (4,2 faiz) yaşayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti