...

Azərbaycanda İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2009 12:00 (UTC +04:00)
"27 iyul 2009-cu ildən etibarən Azərbaycan İpoteka Fondunun (AİF) beş milyon manat həcmində faizli, sənədsiz, təminatlı, adlı istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılacaq", - Bakı Fond Birjasının məlumatında deyilir.
Azərbaycanda İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılıb

Azərbaycan, Bakı, 24 iyul / Trend /

"27 iyul 2009-cu ildən etibarən Azərbaycan İpoteka Fondunun (AİF) beş milyon manat həcmində faizli, sənədsiz, təminatlı, adlı istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılacaq", - Bakı Fond Birjasının məlumatında deyilir.

Emissiya prospektinə uyğun olaraq, yerləşdirilmə açıq abunə metodu ilə aparılacaq. İstiqrazlar hərraca cari qiymətlərlə (100,3417 manat) təqdim olunacaq.

İstiqrazlar üzrə borcun qaytarılması üçün son vaxt - 10 may 2016-cı ildir. Tələb təklifi üstələyərsə, bütün ərizələr proporsional şəkildə təmin ediləcək. İstiqrazların yerləşdirilməsi üzrə ilkin təşkilatçı rolunda Azərbaycan Mərkəzi Bankı çıxış edəcək.

AİF istiqrazlarının yerləşdirilməsinə 16 iyun 2009-cu ildə başlanılıb, indiyə qədər hərraca 20 milyon manatlıq istiqraz çıxarılıb və onun hamısı yerləşdirilib.

İpoteka kreditləşdirilməsinin başlanmasına görə, AİF-in 17 səlahiyyətli bankı, yedi qiymətləndirici şirkəti və 10 sığortaçısı təsdiqlənib.

Fondun xətti ilə kreditin verilmə şərtləri aşağıdakılardır: kreditlərin milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilə bilər; ipotekanın predmeti yalnız mənzil və özəl evlər, kreditin məbləği ipoteka üçün girov verilən daşınmaz əmlakın bazar qiymətinin 85 faizini ötməməlidir; kredit üçün aylıq ödəmə borc götürən şəxsin maaşının 70 faizini ötməməlidir; həyatın sığorta məbləği ipoteka kreditindən çox olmalıdır və s.

Güzəştli kreditlərə çıxış imkanına şəhid, milli qəhrəmanların, məcburi köçkünlərin ailələrinin üzvləri, üç ildən çox stajı olan dövlət qulluqçuları, elmlər namizədi və doktorları, idmanda xidmətləri olan şəxslər, həmçinin minimum üç ay hərbi xidmət stajı olan şəxslər malik olacaq.

Güzəştli ipoteka krediti almaq hüququ olan hər bir ailə bu imkandan yalnız bir dəfə yararlana bilər.

Azərbaycanın 2005-2008-ci illərin Dövlət büdcəsində AİF vasitəsilə ipotekanın maliyyələşdirilməsi üçün 94 milyon manat nəzərdə tutulub. Bu məbləğin 68 mln. manatı banklar vasitəsilə artıq verilib.

2009-cu ildə sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsində 14,5 mln. manat nəzərdə tutulub.

İyulun 24-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti