...

Türkmənistanda 2009-cu ilin əvvəlindən xarici ticarət dövriyyəsində profisit müşahidə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2009 18:15 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 04 avqust / Trend , müxbir H.Həsənov /

Türkmənistanın xarici ticarət dövriyyəsi 2009-cu ilin birinci yarısında ötən ilin anoloji göstəricisi ilə müqayisədə 22 faiz artıb. Bununla da ixrac idxalı 1,7 dəfə üstələyib. Bu barədə rəsmi türkmən mənbəsi məlumat verib.

Cari ilin yanvar-iyun ayları ərzində bütün maliyyə mənbələri hesabına mənimsənilmiş kapital qoyuluşunun həcmi 2008-ci ilin bu dövrünə nisbətən 2,5 dəfə artıb.

Pərakəndə mal dövriyyəsinin artım tempi 7 ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 114 faiz təşkil edib.

Türkmənistan Xəzər regionunda təbii qazın əsas tədarükçülərindən biridir. Son zamanlar ölkə Rusiyanın "Qazprom"ASC-nin idarə etdiyi, uzun illər magistral boru kəmərlərinin kölgəsində qalan enerji marşrutlarının diversifikasiyasını fəallaşdırıb. İlin sonunda türkmən qazının Özbəkistan və Qazaxıstan ərazisindən tikilən boru kəməri ilə Çinə ixracı başlaya bilər. Qonşu İran ərazisində əlavə qolun inşası başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti