...

Türkmənistan 2010-cu il üçün taxıl tədarükünü müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2009 18:11 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 20 avqust / Trend , müxbir H.Həsənov /

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, 2010-cu il üçün Axal vilayəti üzrə 450 min ton, Mari vilayəti üzrə 380 min ton, Lebap vilayəti üzrə 350 min ton, Daşoğuz vilayəti üzrə 300 min ton və Balkan vilayəti üzrə 120 min ton, ümumilikdə isə 1,6 milyon ton buğda tədarük etmək planlaşdırılır.

Bu günlərdə Türkmənistanın bütün regionlarında payızlıq taxıl yığımına başlanılıb. Toxum səpilən sahə 860 min hektar təşkil edir. Nazirlikdən verilən məlumata görə, bütün taxıl əkiləcək sahələr vaxtında şumlanıb və gübrələnib. Toxum bazasını əsasən yerli buğda sortları təşkil edir. Burada həmçinin Rusiyanın Stavropol bölgəsindən gətirilən buğda sortları da yer alır. Bu sortlar yerli torpaq və iqlim şəraitinə uyğundur.

Türkmən Dövlət Xəbərlərindən bildirilir ki, hazırda texniki park tərəfindən sahəyə 10 min şumlayan traktor və 1,8 min toxumsəpən maşın göndərilib. Bu yaxınlarda "Belarus-82" traktor zavodundan 500 yeni traktor, "Belarus-80X" traktor zavodundan isə 100 yeni traktor alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti