...

Naxçıvan MR-in gömrük orqanları dövlət büdcəsinə köçürmələri proqnozdan təxminən 50% artıqlaması ilə yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2009 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir Ü.İsmayılova /

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ilin birinci yarısındakı fəaliyyətinin yekunlarına görə, gömrük vergi və rüsumlarının toplanmasını 148,1 faiz yerinə yetirib. Bu barədə Komitənin fəaliyyətinin yekunlarına həsr olunmuş kollegial iclasda mühasibat və uçot bölməsinin rəisi, maliyyə-tarif şöbəsinin rəis əvəzi Elşad Babayev məlumat verib.

"Nəticədə proqnozlaşdırılan 1,4 milyon manata qarşı gömrük orqanları büdcəyə 2,73 milyon manat köçürüblər", - Babayev deyib.

Onun sözlərinə görə, gömrük vergiləri və rüsumlar üzrə ilin birinci yarısındakı büdcəyə tutulmalar ötən ilin analoji dövründəki göstəricini 9,1 faiz və ya 173,54 min manat üstələyib.

Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyunda 122 ölkə ilə 8,53 milyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirilib. Bu dövr ərzində 5,81 milyard dollarlıq mal ixrac, 2,7 milyard dollarlıq mal idxal olunub.

Avqustun 24-nə olan rəsmi məzənnə 0,8039 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti