Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir Ü.İsmayılova /
İyulda Bakının torpaq bazarında qiymətlərin 4,1 faiz ucuzlaşaraq bir sotun 19,58 min dollardan 18,79 min dollara qədər endiyi müşahidə olunub. Bazar ertəsi "Əmlak bazarının iştirakçıları" İctimai Təşkilatından deyilib.
Qiymətin əhəmiyyətli dərəcədə enməsi Bakının Suraxanı rayonunda olub - 9,4 faiz. Bakının Qaradağ rayonunda qiymətlər 2,5, Əzizbəyov rayonunda isə 0,1 faiz bahalaşıb.
Bakının Qaradağ rayonunda qiymətlərin artımı bu sahədə böyük ticarət mərkəzinin açılışı ilə əlaqədardır.
İyulda ən aktiv Binəqədi və Nərimanov rayonları, ən passiv isə Nəsimi rayonu olub.
Keçən ay bazarda təklif olunan torpaq sahələri 815,2 hektar olub ki, bunun da 76,6 faizi boş sahə olub.
İyulda torpaq sahələrinin ekspozisiya müddəti 2,1 faiz artaraq 234 günə çatıb. Təşkilatın ekspertlərinə görə, bu əsasən real təkliflərin tələbi əhəmiyyətli dərəcədə üstələməsi və dünya maliyyə böhranının təsiri ilə əlaqədardır.
İyul ayında təklif olunan ən bahalı torpaq sahəsinin sotu 350 min dollar olub ki, bu da Bakının Nəsimi rayonundadır. Ən ucuz torpaq sahəsi isə akının Sabunçu rayonunda olub - 350 dollar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]