Gürcüstan, Tbilisi, 24 avqust / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstanın İspaniyadakı səfiri Zurab Pololikaşvili iqtisadi inkişaf naziri postuna namizəd qismində göstərilir.
Pololikaşvili prezidentin komandasının üzvüdür. Gürcüstanın İspaniyadakı səfiri vəzifəsinə 2006-cı ildə təyin edilib. Buna qədər o, xarici işlər nazirinin müavini, ondan əvvəl isə TVS bankda müxtəlif vəzifələrdə çalışıb. Rus, fransız, ingilis, yapon, polyak və ispan dillərini bilir. Evlidir, iki uşağı var.
Sabiq iqtisadi inkişaf naziri Laşa Jvaniya ötən həftə istefaya göndərilib. Baş nazir Nika Qilauri onun istefasına bir neçə səbəb, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin digər hökumət strukturları ilə koordinasiyasız fəaliyyətini göstərib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]