Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir N.İsmayılova /
Azərbaycan bankı RabitəBank 2010-cu ildə beynəlxalaq maliyyə institutlarından 10 milyon dollar cəlb etmək niyyətindədir, şənbə günü bankın idarə heyətinin sədr müavini Elçin Qədimov deyib.
"Gələn ilin ilk yarımilində xarici investorlardan minimum 10 milyon dollar cəlb etmək niyyətindəyik", - Qədimov deyib.
Onun sözlərinə görə, bu il banka əlavə xarici resurslar cəlb edilməyib.
Rabitəbank Beynəlxalq Maliyyə Korporasiyası ilə imzalanmış kredit müqaviləsi əsasında beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq etməyə başlayıb. Hazırda Rabitəbank korporasiya ilə yanaşı olaraq özəl sektorun inkişafı üzrə İslam korporasiyası ilə, həmçinin AYİB ilə əməkdaşlıq edir. Kredit xətləri ilə banka ayrılan ümumi məbləğ 10 milyon dollar təşkil edir.
Avqustun 1-nə Rabitəbank-ın aktivləri 83,19 milyon manat, müştərək kapital - 14,93 milyon manat, depozit portfeli - 65,87 milyon manat, kredit portfeli - 62,15 milyon manat təşkil edir.
26 sentyabra olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]