...

Bakı-Tbilisi-Qars dəmiryol xətti layihəsinin sənədləşdirilməsi təsdiq olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2009 18:02 (UTC +04:00)
Azərbaycanda Bakı-Tbilisi-Qars dəmiryol xəttinin bərpası, yenidən qurulması və tikintisi üzrə Əlaqələndirmə Komissiyasının yeddinci iclası keçirilib. İclasda dəmiryol xəttinin Marabdadan Türkiyə sərhədinə qədər olan hissəsinin bərpası məsələsi müzakirə olunub.
Bakı-Tbilisi-Qars dəmiryol xətti layihəsinin sənədləşdirilməsi təsdiq olundu

Gürcüstan, Tbilisi, 09 oktyabr / Trend , müxbir, N.Kirsxaliya/

Azərbaycanda Bakı-Tbilisi-Qars dəmiryol xəttinin bərpası, yenidən qurulması və tikintisi üzrə Əlaqələndirmə Komissiyasının yeddinci iclası keçirilib. İclasda dəmiryol xəttinin Marabdadan Türkiyə sərhədinə qədər olan hissəsinin bərpası məsələsi müzakirə olunub.

Gürcüstanın İqtisadiyyat Nazirliyindən bu gün verilən məlumata əsasən, iclasda Gürcüstan və Azərbaycanın iqtisadiyyat və nəqliyyat nazirləri, dəmiryol departamentlərinin rəhbərləri iştirak ediblər. Gürcüstan nümayəndə heyətinə bu ölkənin iqtisadiyyat naziri Zurab Pololikaşvili rəhbərlik edib. İclasda "Azərinşaat servis" tikinti şirkəti və Marabda-Karsaxi dəmiryol xətti layihəsinin işçi qrupu işin gedişatı və gələcək planlar barədə məlumat veriblər.

Əlaqələndirmə Komissiyası Marabda-Tetriskaro dəmiryol xətti layihəsinin sənədləşdirilməsini təsdiq edib və Marabda-Karsaxi dəmiryol xətti layihəsinin işçi qrupuna həmin sahədə tikinti işlərini həyata keçirəcək tikinti şirkətinin müəyyən olunması üçün beynəlxalq tender elan etmək tapşırığı verilib.

Komissiya həmçinin ikinci mərhələnin layihələrini nəzərdən keçirib. Gürcüstan Nəqliyyat Departamentinin rəhbəri Mamuki Vaçadzenin dediyinə görə, böyük layihələrin reallaşması üçün belə görüşlərin keçirilməsi vacibdir.

"Bakıda yeddinci görüş keçirildi. Belə görüşlərdə qəbul olunan qərarların icrası lazımi orqanlara tapşırılır. Marabda-Tetriskaro məntəqəsinin yenidən qurulması qərarı vacib idi. Həmçinin Marabda-Karsaxi dəmiryol xətti layihəsinin işçi qrupuna qalan iki məntəqənin layihələrinə düzəliş etmək tapşırığı verildi. Tikinti planda nəzərdə tutulan qaydada aparılır və mən əminəm ki, nəzərdə tutulan müddətdə başa çatacaq", - Vaçadze deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti