...

Alman bankı Azərbaycanda bərpa olunan enerji mənbələrini yerli banklar vasitəsilə maliyyələşdirməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2009 12:06 (UTC +04:00)
Almaniyanın KfW inkişaf bankının Bakı nümayəndəliyinin rəhbəri Natiq Abdullayev bazar ertəsi deyib ki, bank bərpa olunan enerji mənbələri layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycan hökumətindən dövlət zəmanəti verilməsini gözləyir.
Alman bankı Azərbaycanda bərpa olunan enerji mənbələrini yerli banklar vasitəsilə maliyyələşdirməyə hazırdır

Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir İ.Xəlilova/

Almaniyanın KfW inkişaf bankının Bakı nümayəndəliyinin rəhbəri Natiq Abdullayev bazar ertəsi deyib ki, bank bərpa olunan enerji mənbələri layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycan hökumətindən dövlət zəmanəti verilməsini gözləyir.

O deyib ki, bank bu sahədə bütün layihələri - külək elektrostansiyasının tikintisi, günəş enerjisindən istifadə və s. maliyyələşdirməyə hazırdır və bunun üçün də hökumətə müraciət edib.

Onun sözlırinə görə, razılıq əldə olunacağı təqdirdə, KfW Azərbaycan banklarına və agentliklərə texniki yardım göstərməyə hazırdır.

"Biz layihələri yerli banklar vasitəsilə maliyyələşdirməyi planlaşdırırıq. Bu da enerji layihələrinin reallaşdırılmasında yenilikdir. Buna görə də onlara bu prosesə hazırlıq üçün texniki kömək göstərmək lazımdır", - Abdullayev belə deyib.

Onun fikrincə, bu layihə üzrə dövlət zəmanəti verildiyi halda bütün danışıqlar 2010-cu ildə baş tutacaq. Kreditin məbləği hələ dəqiq deyil, amma 100 milyon avro olacağı təxmin edilir.

Maraqlıdır ki, KfW bərpa olunan enerji mənbələrinə yüngül şərtlərlə kredit ayırmaq fikrindədir. Bu gün alternativ enerji mənbələri üzrə Avropa fondları tərəfindən maliyyələşdirilən müxtəlif proqramlar mövcuddur.

Bankının Bakı nümayəndəliyinin rəhbəri deyib ki, KfW beynəlxalq kapital bazarlarında olan kommersiya kreditlərindən ucuz qarışıq kredit resursları təqdim edə bilər.

Əvvəllər KfW ölkənin regionlarında 20 yeni hidroelektrik stansiyasının tikintisi layihəsi çərçivəsində tədqiqatlar aparıb. Hazırlanan layihənin texniki-iqtisadi əsaslarına görə, Zaqatala və Beyləqan rayonlarında 15.-2 meqavatt gücündə HES tikintisi nəzərdə tutulurdu. Bir meqavett gücündə olan bir HES-in tikintisi bir milyon dollar qiymətləndirilirdi.

KfW əhaliyə ilkin pilot stansiyaları kəndlərin yaxınlığında tikmək istəyirdi. Amma bu layihə inkişaf etdirilmədi.

Bu KfW-in bərpa olunan elektroenerji mənbələri sahəsində ilk layihəsi idi. Bank daha əvvəllər alternativ enerji istehsalını maliyyələşdirmək istəyini bildirsə də, daha sonralar Azərenerji-nin şəbəkəsinə qoşulmaq üçün hər hansı qanunvericiliyin olmaması səbəbindən bundan imtina etdi.

Bu gün Azərenerji-ni özəl elektrostansiyalardan elektroenerji qəbul etməyə məcbur edən hər hansı qanunvericilik aktı yoxdur. Belə layihələrin reallaşdırılması üçün bank butun bu mühüm şərtləri hökumətlə müzakirə etmək niyyətindədir.

Aparılan tədqiqatlara görə, yaxın beş il ərzində Azərbaycanda 100 alternativ enerji mənəbyinin tikintisi planlaşdırılır.

Bu gün Azərbaycanda alternativ enerji mənbələrinin səhmi bir faizə də çatmır. Bu gün Avropa və inkişaf etmiş ölkələrdə alternativ enerji mənbələrinin payını hər il artırılması və 10-15 faizə çatdırılması haqqında qərar qəbul olunub.

Hələ 1998-99-cu illərdə Yaponiyanın "Tomen" şirkəti Azərbaycanda tədqiqat işləri aparmış və üç aylıq işlərin nəticələrinə aid hesabat hazırlanmışdı. Qobustanda 60 meqavatt gücündə külək elektrostansiyasının tikintisi 100 milyon dollar qiymətləndirilmişdi. Bu ərazi külək elektrostansiyasının tikintisi üçün uyğun ərazi idi. Belə ki, Qobustanda yerdən 10 kilometr yüksəklikdə saniyədə 8 metr sürətlə külək əsir. Amma maya dəyərinin yüksək olması səbəbindən bu layihə həmin illərdə reallaşmadı və təxirə salındı.

Artıq iki ildir ki, ölkədə bir kilovat saat üçün tarif pərakəndə satışda 0.06 manat (0.075 dollar), topdan satışda isə 0.04 manat təşkil edir.

Hazırda Azərbaycanın ehtiyatda olan enerji gücü 5000 meqavatdan artıqdır. Tikilməkdə olan elektrostansiyaların ümumi gücü isə 1500 meqvat təşkil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti