...

Gürcüstan Milli Bankının vitse-prezidenti BVF-ə gedir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2009 19:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Milli Bankının vitse-prezidenti David Amaqlobeli başqa işə keçir.

Bu gün Amaqlobeli "Kommersant" radiosuna deyib ki, o, əmək fəaliyyətini Beynəlxalq Valyuta Fondunda davam etdirəcək.

Amaqlobeli Gürcüstan bankındakı postunu noyabr ayından etibarən tərk edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti