...

Azərbaycanda quşçuluq müəssisəsinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2009 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycanın Əmlak Məsələləri üzrə Dövlət Komitəsi "Bilasuvar Qushchuluq" səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib, şənbə günü Dövlət Komitəsindən məlumat verilib.

Müəssisənin 30,02 faizlik səhmlər paketi satışa qoyulub. Müsabiqədə Azərbaycanın fiziki və hüquqi şəxsləri, həmçinin xarici sərmayədarlar iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər investisiya təklifinin 5 faizi məbləğində bank zəmanətini təqdim etməlidirlər. Onlar dövlət büdcəsinə 35 min manat köçürülməsinə dair təklif təqdim etməlidirlər.

"Bilasuvar Qushchuluq" quş əti və yumurta istehsalı ilə məşgul olur. Müəssisə Biləsuvar rayonunun Səmədabad kəndində yerləşir.

SC-in nizamnamə kapitalı 788,24 min manat təşkil edir və bu məbləğ üzrə hər birinin nominal dəyəri 2 manat olan 394 121 səhm buraxılıb. Müsabiqənin aləti ümumi nominal dəyəri 236,65 min manat olan 118 325 səhmdir.

Sentyabrın 1-nə olan vəziyyətə görə, müəssisənin 202,81 min manat borcu var. Bununla yanaşı mallara, xidmətlər və işə görə olan borclar 97,87 min manat təşkil edib. Müəssisənin debitor borcları isə 15,98 manat təşkil edir. Müəssisə 1967-1980-ci illərdə istismara verib.

İddiaçılar 30 noyabr tarixinədək saat 10:00-dan 17:30-dək Bakı şəh. Y.Səfərova küç. 20 ünvanında müsabiqənin şərtləri və özəlləşdirmə planı ilə tanış ola və əlavə məlumat ala bilərlər. Sənədlər və təkliflər 30 noyabr saat 10:00-dan 17:30-dək qəbul edilir.

Təkliflərə 2 dekabr saat 10:30-da Əmlak Məslələri ilə Dövlət Komitəsi tərəfindən baxılacaq.

31 oktyabra olan rəsmi məzənnə 0,8032 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti