...

Bank Standart İpoteka Fondu xətti ilə 10 güzəştli kredit verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2009 11:00 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə ipoteka kreditləşməsinin bərpasından etibarən Bank Standart banka müraciət edən vətəndaşların mənzil alınması üçün kredit əldə olunması üzrə 122 ərizəsindən 97-sini təsdiqləyib. Bu barədə bazar ertəsi bankdan bildirilib.
Bank Standart İpoteka Fondu xətti ilə 10 güzəştli kredit verib

Azərbaycan, Bakı, 02 noyabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə ipoteka kreditləşməsinin bərpasından etibarən Bank Standart banka müraciət edən vətəndaşların mənzil alınması üçün kredit əldə olunması üzrə 122 ərizəsindən 97-sini təsdiqləyib. Bu barədə bazar ertəsi bankdan bildirilib.

Verilən kreditlərin ümumi məbləği 4 milyon manat təşkil edib. Təsdiqlənən ərizələrin ümumi sayından 87 kredit kommersiya şəraitində, 10 kredit isə sosial ipoteka çərçivəsində verilib.

AİF tərəfindən yenidən maliyyələşdirilən ipoteka kreditləri Bank Standart tərəfindən ölkə vətəndaşlarına milli valyutada 8 illik faizlə 25 il müddətinə, daşınmaz əmlakın girov qoyulması ilə verilir. Güzəştli ipoteka illik 4 faizlə 30 il müddətinə verilir.

"Azərbaycan İpoteka Fondu ilə sıx əməkdaşlıq edərək bank ipoteka kreditləşməsi həcmlərini genişləndirir və ərizələri qəbul etməyi davam etdirir", - bankdan bildirilib.

Bank Standart AİF-in fəaliyyətə başladığı andan fondun müvəkkil bankıdır.

2005-2008-ci illərdə AİF vasitəsilə ipotekanın maliyyələşdirilməsi üçün Azərbaycanın dövlət büdcəsindən 94 milyon manat ayrılması nəzərdə tutulub. AİF tərəfindən istiqrazların yerləşdirilməsinə 2009-cu il iyunun 16-da başlanılıb, hərraca 44 milyon manat həcmində istiqraz qoyulub ki, bunun da 41 milyonu artıq tamamilə yatırılıb. Emissiyaların ümumi həcmi 55 milyon manat (istiqrazların hər biriinin dəyəri 1000 manatdır) təşkil edir.

Noyabrın 02-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti