...

"Donuz qripi"nə yoluxan şəxsin qohumlarının analizlərinin nəticələri bu gün açıqlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2009 11:35 (UTC +04:00)
"Donuz qripi" (A/H1N1) virusuna yoluxan, hazırda Elmi-tədqiqat ağciyər xəstəlikləri İnstitutunda olan xəstənin həyat yoldaşından və qızından götürülən nümunələrin analizlərinin nəticələri bu gün günün sonunda açıqlanacaq, bu barədə cümə axşamı Azərbaycanın Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov bildirib.
"Donuz qripi"nə yoluxan şəxsin qohumlarının analizlərinin nəticələri bu gün açıqlanacaq

Azərbaycan, Bakı, 05 oktyabr / Trend , müxbir Ü.İsmayılova /

"Donuz qripi" (A/H1N1) virusuna yoluxan, hazırda Elmi-tədqiqat ağciyər xəstəlikləri İnstitutunda olan xəstənin həyat yoldaşından və qızından götürülən nümunələrin analizlərinin nəticələri bu gün günün sonunda açıqlanacaq, bu barədə cümə axşamı Azərbaycanın Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov bildirib.

"Analiz üçün nümunələr stansiyaya bu gün səhər gətirilib", - Qurbanov bildirib.

Ukraynanın İvanovo-Frankov vilayətində müvəqqəti yaşayan və oktyabrın sonunda Azərbaycanın Kürdəmir rayonuna qayıdan Azərbaycan vətəndaşında çərşənbə günü A/H1N1 aşkar edilib. Xəstə Ukraynadan ölkəyə dəmiryolu nəqliyyatı ilə gəlib.

Virusa yoluxan şəxs hazırda həkimlərin nəzarəti altında xüsusi müalicə kursu keçir. Xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Azərbaycanda iyulda "dozun qripi"nə iki yoluxma faktı qeydə alınıb. Sözügedən faktlar Fransa və İngiltərədən glən şəxslərdə aşkar olunub. Yoluxanların hər ikisi tamamilə sağalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti