...

Azərbaycan şirkəti Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində Gürcüstanda dəmiryolu stansiyasını layihələşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2009 10:35 (UTC +04:00)
Bakı-Tbilisi-Qars (BTQ) marşrutu üzrə dəmiryolu nəqliyyatının açılması çərçivəsində Axalkalaki dəmiryolu stansiyasının inşasının layihələşdirilməsi üzrə beynəlxalq tenderin qalibi Azərbaycanın arxitektura layihə-sənaye şirkəti "Kontur" olub.
Azərbaycan şirkəti Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində Gürcüstanda dəmiryolu stansiyasını layihələşdirəcək

Azərbaycan, Bakı, 18 noyabr / Trend /

Bakı-Tbilisi-Qars (BTQ) marşrutu üzrə dəmiryolu nəqliyyatının açılması çərçivəsində Axalkalaki dəmiryolu stansiyasının inşasının layihələşdirilməsi üzrə beynəlxalq tenderin qalibi Azərbaycanın arxitektura layihə-sənaye şirkəti "Kontur" olub.

Tenderin şərtlərinə əsasən, BTQ dəmiryolu keçidi çərçivəsində mühüm stansiyalardan olan Axalkalaki stansiyasının inşasının layihələşdirilməsi Marabda-Axalkalaki və Axalkalaki-Kartsaxi dəmir yolu məntəqələrinin inşası layihəsi ilə əlaqələndirilməlidir. Bu, təkər cütlərinin dəyişilməsi, boşaldılması və yüklənməsi üçün xüsusi məntəqələrin tikintisini tələb edir. Axalkalaki stansiyasının texniki imkanları beş milyon ton həcmdə yük daşınması üçün nəzərdə tutulub. Gələcəkdə bu həcmin 15 milyon tona çatdırılması planlaşdırılır.

Həmçinin yük və sərnişin daşınması, əlaqə sistemlərinin quraşdırılması, siqnal sistemləri, mərkəzləşdirmə və təcridetmə sistemləri, o cümlədən enerji təminatı stansiyaları üçün əlavə infrastruktur obyektlərinin layihələşdirilməsi nəzərdə tutulur.

Axalkalaki stansiyasının tikintisinə 2010-cu ildə başlanılması, 2011-ci ildə sona çatdırılması planlaşdırılır.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində 76 km Türkiyə ərazisindən, 29 km Gürcüstan ərazisindən keçən yeni 105 kilometrlik dəmiryolu magistralının tikintisi planlaşdırılır. Bundan əlavə, Gürcüstanda, yük ötürmə qabiliyətinin ildə 15 milyon tonadək artırılması üçün 183 kilometrlik Axalkalaki-Marabda-Tbilisi dəmiryol məntəqəsi bərpa ediləcək. Həmçinin Axalkalakidə, Gürcüstanda olan dəmir yolundan qatarların Avropaya keçməsi üçün məntəqə inşa edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti