Parabank ASC sərfəli şərtlərlə kredit verməyə davam edir. İndi kiçik və orta sahibkarlığın inkişafına veilən kreditlər 12 aydan 36 aya kimi 100 min manat (dollar, avro) məbləğində verilir, bazar ertəsi bankın yaydığı məlumatda deyilir.
Faiz dərəcələri 22 % illikdən (1,8% aylıq) başlıyaraq 30%-ə qədər təşkil edir.
Maliyyə institutları ilə daim əməkdaşlığa açıq olan Parabank 2003-cü ildən etibarən Alman-Azərbaycan Fondunun üzvüdür, - məlumatda deyilir. Parabank aqrar sektora girovsuz kreditlər təqdim edən azsaylı banklardandır. Parabank aqrar regionda təsərrüfat fəaliyyətinin kreditləşməsi sahəsində müsbət təcrübə toplayıb.
Parabank sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən avtokreditlər və biznes kreditlərinin verilməsi, VISA plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, Western Union, Contact, Migom, Privat Money, Bıstraya poçta, Caspian Money Transfer kimi beynəlxalq sistemlər vasitəsilə sürətli pul köçürmə və s. xidmətləri təqdim edir.
Şəhər telefonlarından 139, mobil operatorlardan isə 012 139 nömrəsini yığmaqla Parabank və məhsulları, kredit və s. haqqında ətraflı məlumat almaq mümkündür.