Azərbaycan, Bakı, 06 yanvar / Trend , müxbir Ü.İsmayılova/
"Azərbaycanın sığorta şirkəti ilik dəfə olaraq 2009-cu ilin sonunda gəmilərin sığortalanması üzrə müqavilə imzalayıb", - bu barədə şirkətin idarə heyəti sədrinin müavini Şükür Hüseynov çərşənbə günü deyib.
Keçən ilin sonunda biz Yük və Qazma Gəmilərinin İstismarı Şirkəti ilə iri həcmli müqavilə bağlamışıq", Hüseynov deyib.
Hüseynov müqavilənin dəyərini açıqlamaqdan imtina edib.
Azərgarant SŞ sığorta bazarında 1993-cü ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 2,7 milyon manat və yanvar-noyabr aylarında şirkətin haqları 0,07 milyon manatlıq ödəmələrlə 0,53 milyon manat təşkil edir.
Yanvarın 6-na olan rəsmi məzənnə 0,8030 AZN/USD təşkil edir.