...

Azərbaycanın respublika əhəmiyyətli yolları üzrə hərəkət tam bərpa edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2010 19:24 (UTC +04:00)
Azərbaycanın respublika əhəmiyyətli yolları üzrə hərəkət tam bərpa olunub. Bu yollarda hərəkət pis hava şəraiti səbəbindən çətinləşmişdi. Bu barədə Azərbaycanın Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
Azərbaycanın respublika əhəmiyyətli yolları üzrə hərəkət tam bərpa edilib

Azərbaycan, Bakı, 09 fevral / Trend /

Azərbaycanın respublika əhəmiyyətli yolları üzrə hərəkət tam bərpa olunub. Bu yollarda hərəkət pis hava şəraiti səbəbindən çətinləşmişdi. Bu barədə Azərbaycanın Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

Məlumatda deyilir ki, bəzi hallar istisna olmaqla, fasiləsiz hərəkət bütün respublika əhəmiyyətli yollar üzrə təmin edilib.

Avtomobil yollarının qardan təmizlənməsi, yolların buz bağlamasına qarşı, həmçinin dəmiryolda qatarların fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülüb, zəruri maşın və mexanizmlər cəlb edilməklə gücləndirilmiş iş rejiminə keçilib.

Bakı şəhərinin avtomobil yollarının qardan təmizlənməsinə 174 ədəd texnika və 528 nəfər işçi kontingenti, respublika əhəmiyyətli yollarda yaranan fövqəladə halların nəticələrinin aradan qaldırılmasına 542 texnika və 1320 nəfər cəlb olunub.

Xəbər lenti

Xəbər lenti