Prezident İlham Əliyev Azərbaycan Respublikası və Sloveniya Respublikası arasında 2009-cu il noyabrın 9-da Bakı şəhərində imzalanmış sənədlər haqqında sərəncam imzalamışdır, AzərTAc dövlət agentliyi məlumatı yayıb.
Sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, bu Sərəncamın 1.1-1.3-cü bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılıb ki, bu Sərəncamın 1.1-1.3-cü bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Sloveniya Respublikası tərəfini xəbərdar etsin.