...

Son 10 il Azərbaycanda vergi sisteminin inkişafının keyfiyyətcə yeni dövrü kimi səciyyələndirilir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2010 11:31 (UTC +04:00)
Son 10 il Azərbaycanda vergi sisteminin inkişafının keyfiyyətcə yeni dövrü kimi səciyyələndirilir. Bu barədə Azərbaycanın Vergilər naziri Fazil Məmmədov deyib, Nazirliyin məlumatında deyilir. 11 fevral Azərbaycanda Vergilər Nazirliyinin yaradılmasının 10-cu ildönümü və vergi xidməti əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.
Son 10 il Azərbaycanda vergi sisteminin inkişafının keyfiyyətcə yeni dövrü kimi səciyyələndirilir - nazir

Azərbaycan, Bakı, 12 fevral / Trend /

Son 10 il Azərbaycanda vergi sisteminin inkişafının keyfiyyətcə yeni dövrü kimi səciyyələndirilir. Bu barədə Azərbaycanın Vergilər naziri Fazil Məmmədov deyib, Nazirliyin məlumatında deyilir. 11 fevral Azərbaycanda Vergilər Nazirliyinin yaradılmasının 10-cu ildönümü və vergi xidməti əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.

Məmmədovun sözlərinə görə, 10 il ərzində mərhələlər üzrə aparılan kompleks islahatların nəticəsi olaraq ölkəmizdə mükəmməl və dayanıqlı vergi sistemi formalaşıb, iqtisadi inkişafa xidmət edən tədbirlər həyata keçirilib. Ötən 10 ildə Vergi Məcəlləsinin təkmilləşdirilməsi üçün qəbul olunmuş əlavə və dəyişikliklər onun mükəmməl qanunvericilik bazasına çevrilməsinə, ölkədə sabit vergi mühitinin yaradılmasına xidmət edib, vergi yükü azaldılıb, vergi dərəcələri aşağı salınıb, vergi güzəştləri sistemi tətbiq edilib, azad sahibkarlığı stimullaşdıran, vergi ödəyicilərinin hüquq və mənafelərini qoruyacaq müddəalar qanunvericilikdə öz əksini tapıb.

Nazirin sözlərinə görə, dünyada gedən böhran proseslərinə və bir sıra aparıcı ölkələrdə iqtisadi artım sürətinin aşağı düşməsinə baxmayaraq, ölkə başçısının çevik və işlək mexanizmlər üzərində qurulmuş uğurlu fəaliyyəti nəticəsində son illər iqtisadi artım tempinə görə lider mövqedə olan milli iqtisadiyyatımızda çox az ölkələrin nail olduğu yüksək dayanıqlıq və sabitlik təmin edilib. Qeyd edilib ki, Azərbaycan iqtisadiyyatı üçün xarakterik olan yüksək artım tempi müasir dövrdə vergi sisteminin inkişafına təkan verib, yeni perspektivlər müəyyənləşdirilib.

Vergilər naziri deyib ki, 10 illik yubileylə əlaqədar vergi orqanları əməkdaşlarının və digər şəxslərin təltif olunması məqsədilə Azərbaycan Respublikasının medallarının təsis edilməsi və bir qrup vergi xidməti əməkdaşının bu medallarla təltif edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar dövlət başçısının vergi xidməti əməkdaşlarına göstərdiyi etimad və dəstəyin bariz təzahürüdür.

İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov müstəqil Azərbaycan Respublikasının vergi xidmətinin qısa, amma zəngin bir tarixi inkişaf yolu keçdiyini, 10 ilin zaman etibarilə böyük bir dövr olmasa da Vergilər Nazirliyinin yaradılmasından başlanan və bu gün uğurla davam etdirilən islahatların konkret nəticələri baxımından mühüm nailiyyətlər dövrü olduğunu vurğulayıb. O, həmçinin Prezident İlham Əliyevin təbriklərini nazirliyin şəxsi heyətinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti