...

"AtaHoldinq" ASC yeni ofisə köçürülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2010 20:51 (UTC +04:00)
2010-cu il martın 9-dan etibarən "AtaHoldinq" ASC yeni ofisə köçürülüb. Bu barədə holdinqin bazar ertəsi yayılan məlumatında deyilir.
"AtaHoldinq" ASC yeni ofisə köçürülüb

Azərbaycan, Bakı, 15 mart / Trend /

2010-cu il martın 9-dan etibarən "AtaHoldinq" ASC yeni ofisə köçürülür. Bu barədə holdinqin bazar ertəsi yayılan məlumatında deyilir.

Bu gündən etibarən "AtaHoldinq" ASC yeni ünvanda yerləşir. Yeni ünvan: Bakı, АZ1000, Zərifə Əliyeva küçəsi 55, "Yeni Həyat Plaza". "AtaHolding"in yeni ofisi əvvəlkindən öz rahatlığı, gözəl görünüşü və genişliyi ilə fərqlənir. Ofis müasir avadanlılar, kompüterlər və yüksək sürətli internetlə təchiz olunub.

"Yaradılmış şərait holdinqin əməkdaşlarına daha məhsuldar fəaliyyətlə təmin etməyə imkan verir. Əminik ki, yeni ofisimizdə də holdinq tərəfindən ölkənin inkişafı naminə layihələr reallaşdırılacaq", - holdinqin məlumatında deyilir.

"AtaHoldinq" ASC-nin yeni telefon nömrələri: 994 012 498 61 03, 994 012 498 61 28, 598 99 00 faks: 598 99 44.

2003-cü ildən etibarən fəaliyyətə başlamış "AtaHoldinq" ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir.Qeyri-rezidentlərin investisiyaları hesabına formalaşan nizamnamə kapitalı, əsasən maliyyə, sənaye, telekommunikasiya və İT, xidmət, inşaat və turizm sahələrinə yönəldilib. "AtaHoldinq" ASC şirkətlər qrupuna daxil olan bütün təsərrüfat subyektlərində fəaliyyət yüksək professionallıq, yeni texnologiyaların tətbiqi və korporativ idarəetmə prinsipləri üzərində qurulub. "AtaHoldinq" ASC sosial yönümlü proqramlarda, xeyriyyə tədbirlərində yaxından iştirak edir, ölkə mədəniyyəti və incəsənətinin inkişafı, təhsilin səviyyəsinin daha da artması məqsədilə həyata keçirilən layihələri dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti