Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir E.İsmayılov/
Həftə sonunda və Novruz Bayramı günlərində ehtiyac olarsa, Bakı Metropoliteni ehtiyat qatarlar cəlb edəcək. Bu barədə "Bakmetropoliten"in baş mühəndisi Elbrus Muradov çərşənbə axşamı deyib.
"Əgər bayram günlərində əhalinin sərnişinlərin sayının artması ilə əlaqədar olaraq zərurət yaranarsa, biz əlavə qatarlar cəlb edəcəyik", - Muradov deyib.
Onun sözlərinə görə, lakin doqquz gün ərzində əksər dövlət müəssisələrinin və ölkənin təhsil müəssisələrinin bağlı olması ilə əlaqədar sərnişinlərin sayının artacağı gözlənilmir. "Hər ehtimala qarşı, bizim əlavə qatarlarımız alacaq", - Muradov vurğulayıb.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstırir və 22 stansiyaya malikdir.