...

Azərbaycan QKDK "Maliyyənin əsasları" mövzusunda kurs keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2010 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend /

Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi aprelin 12-dən "Maliyyənin əsasları" mövzusunda təlim kurslarının keçirilməsinə başlayacaq. Bu barədə komitənin məlumatında bildirilir.

Kurs aprelin 12-dən 16-dək hər gün saat 16:00-dan 18:00-a kimi keçiriləcək.

Mühazirələri QKTK-nın və Bakı Fond Birjasının səlahiyyətli nümayəndələri keçirəcəklər. Kurs ilə maraqlanan və bu sahədə biliyini artırmaq istəyən şəxslər iştiraka dəvət olunurlar.

Kursda iştirak edənlərə sertifikatlar veriləcək.

Kursun qiyməti 20 manatdır. Əlaqə telefonu: 493-50-58 (3-12, 3-05)

Xəbər lenti

Xəbər lenti