...

Metropolitendə hazırkı təhlükəsizlik sisteminə alternativ yoxdur - Bakı Metropoliteninin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2010 14:35 (UTC +04:00)
Hazırda metropolitendə indiki təhlükəsizlik təminatı sisteminə alternativ yoxdur. Bunu Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilən mətbuat konfransında Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov deyib.
Metropolitendə hazırkı təhlükəsizlik sisteminə alternativ yoxdur - Bakı Metropoliteninin rəhbəri

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.İsmayılova/

Hazırda metropolitendə indiki təhlükəsizlik təminatı sisteminə alternativ yoxdur. Bunu Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilən mətbuat konfransında Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov deyib.

"Hazırda metronun girişində sərnişinlərin yoxlanması üçün mükəmməl cihaz mövcud deyil. Əgər belə aparat olsaydı, mən şübhə etmirəm, bizim dövlətimiz belə qurğuları əldə edərdi", - Əhmədov bildirib.

Onun sözlərinə görə, hazırda az sərnişin axını olan metro stansiyalarında sərnişinlərin buraxılması və yoxlanması bir giriş, böyük sərnişin axınna malik stansiyalarda iki giriş vasitəsilə həyata keçirilir. Əl yükü olan sərnişinlər xüsusi detektorlar vasitəsilə yoxlanılır.

Bakı Metropoliteninin rəhbərinin fikrincə, hazırda hava limanlarında istifadə olunan aparatların tətbiqi məqsədəuyğun deyil, çünki Bakı Metropoliteni hər gün  600-650 min sərnişinə xidmət göstərir.

"Hava limanlarında tətbiq edilən aparatlar çox ciddi yoxlama tələb edir ki, bu da metroda sərnişin axınının xeyli azalmasına səbəb ola bilər", - Əhmədov bidlrib.

Xəbər lenti

Xəbər lenti