...

Martda brokerlərin renkinqinə "Respublika İnvest" başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2010 14:53 (UTC +04:00)
Martda dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqində göstərilmiş xidmətlərin həcminə görə "Respublika İnvest" başçılıq edir; şirkət 4 müştəriyə ümumi dəyəri 9,19 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə Bakı Fond Birjasının bazar ertəsi yayılan məlumatında deyilir.
Martda brokerlərin renkinqinə "Respublika İnvest" başçılıq edib

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Martda dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqində göstərilmiş xidmətlərin həcminə görə "Respublika İnvest" başçılıq edir; şirkət 4 müştəriyə ümumi dəyəri 9,19 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə Bakı Fond Birjasının bazar ertəsi yayılan məlumatında deyilir.

İkinci yerdə isə 1 müştəriyə ümumi həcmi 7,9 milyon manat olan broker xidmətləri göstərmiş "Caspian Financial ltd" olub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 7,13 milyon manatla BoB Broker qərarlaşıb.

2010-cu il mart ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əqdlərin sayı

Müştərilərin sayı

Əməliyyatların həcmi

(AZN)

1 (-)

1

"Respublika İnvest" MMC

12

4

9,189,560.38

2 (-)

2

"Caspian Financial ltd" MMC

4

1

7,901,111.88

3 (-)

3

"BoB Broker" MMC

5

1

7,133,944.41

4 (▲)

6

"Brokdil-Az" MMC

5

2

5,936,162.00

5 (-)

5

"Unicapital" ASC

1

1

799,539.93

6 (▲)

8

"Texnika Kapital Menecment" MMC

3

3

422,094.15

Xəbər lenti

Xəbər lenti