Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir N.İsmayılova/
Azərbaycan Mərkəzi Bankı fevralda pul kütləsinin (M2) 0,3 faiz və 2009-cu ilin fevralı ilə müqayisədə 11,2 faiz artdığını bəyan edib. Bu barədə AMB-in məlumatında bildirilir. Belə ki, fevralın sonuna olan vəziyyətə görə, M2 göstəricisi 5853,1 milyon manat təşkil edib; fevralın 1-də bu rəqəm 5837,7 milyon manat, 2009-cu il martın 1-də isə 5264,8 milyon manat təşkil edib.
Fevralın sonuna olan vəziyyətə görə, M0 4083,9 milyon manat təşkil edib. Fevralın 1-də bu rəqəm 3972,8 milyon manat, 2009-cu il martın 1-də 3666,9 milyon manat təşkil edib. Genişlənmiş pul kütləsi (Broad Money Supply (M3)) fevralın sonunda 8132,6 milyon manat, fevralın 1-də 8143,8 milyon manat, 2009-cu ilin martın 1-də 7328,4 milyon manat təşkil edib.
Sövdələşmələr üçün məbləğlər (transaction money (M1) fevralın yekunları üzrə 4982,5 milyon manat, fevralın 1-də 4857,2 milyon manat, 2009-cu il martın 1-də 4528,5 milyon manat təşkil edib.
Aprelin 7-nə rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.