Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycanın Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi MBASK sığorta şirkətinin nominal dəyəri 5,73 milyon manat həcmində olan adi adlı sənədsiz səhmlərin buraxılışını qeydə alıb. Bu barədə QKDK-nın çərşənbə günü yayılan məlumatinda deyilir.
Qeydiyyata alınmış 15 min səhmin hər birinin nominal dəyəri 382 manat təşkil edir.
Martda MBASK sığorta şirkətinin səhmdarların ümumi yığıncağında 2009-cu ilin gəlirlərindən 2 730 000 manatı şirkətin nizamnamə kapitalının artırılmasına yönəltmək qərarı qəbul edilib. Bununla da şirkətin nizamnamə kapitalı cari üç milyon manatdan 5,73 manat kimi artırılıb.
1992-ci ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən MBASK SŞ dördü icbari olmaqla 29 növ sığorta xidməti göstərir. Şirkətin nizamnamə kapitalı 2 milyon manat təşkil edir. 2005-ci ilin yanvar ayından MBASK səhmlərinin 30 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına məxsusdur. Onun əsas təsisçisi "UniBank"dır.
Aprelin 14-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.