Rusiya-Azərbaycan İşgüzar Əməkdaşlıq Palatasının işi təkmilləşdiriləcək - səfir Vladimir Doroxin

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2010 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir E.Tarıverdiyeva/

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının iclasının işinin və keçirilməsi formasının təkmilləşdirilməsi niyyətləri barədə bildirib.

"Biz istəyirik ki, bu palata həm Rusiya biznesinin maraqlarını təmsil etmək üçün, həm də yaranan problemlərin həlli üçün böyük rol oynasın", - Doroxin cümə axşamı Rusiya-Azərbaycan münasibətlərinin perspektivlərinə dair keçirilən konfrans zamanı jurnalistlərə deyib.

Onun sözlərinə görə, əvvəlki iclasların təcrübəsi bu niyyətlərin həyata keçirilməsində yardımçı olacaq. Lakin hələlik növbəti iclasın keçirilmə tarixi məlum deyil.

"Növbəti həftə biznesmenlərin geniş olmayan çərçivədə görüşü keçiriləcək", - səfir bildirib.

"Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın regionlararası tərəfdaşlığa doğru genişlənməsi" mövzusunda dəyirmi masa cümə axşamı Avropa Araşdırmalar İnstitutunun təşəbbüsü ilə Bakıda keçirilir.

"Ölkələrimiz arasında möhkəm əməkdaşlığa baxmayaraq, bugünkü forum bu qəbildən Rusiya və Azərbaycan arasında ilk forumdur", - Doroxin deyib. - "Rusiyanın Ukrayna, Belarus və Qazaxıstanla əməkdaşlıq üzrə xüsusi forumu mövcuddur, indi isə biz Azərbaycanla işləməyə başlamışıq".

Səfir iki ölkənin forumda layiqli şəkildə iştirakını qeyd edib. Rusiya nümayəndə heyəti nəinki mərkəzi hakimiyyət, həm də regional səviyyədə təmsil olunub.

"Düşünürəm ki, gələcək perspektivlər aydındır, ölkələrimiz böyük əməkdaşlıq ehtiyatlarına malikdir. Azərbaycanın Rusiya regionları əməkdaşlığı hesabına iş yerlərinin sayı artacaq", - Doroxin bildirib.

Xəbər lenti

Xəbər lenti