...

Bank Respublika-nın daha 6 əmanətçisi qızıl külçə qazandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2010 18:11 (UTC +04:00)

Аzərbaycan,Bakı, 18 may /Trend/

Bazar ertəsi Bank Respublika əmanətçiləri arasında uduşlu kampaniyanın növbəti tirajı keçirilib, nəticədə daha altı qızıl külçə sahibi müəyyən olunub. Bu barədə çərşənbə axşamı bankdan verilən məlumatda deyilir.

Ötən ay başlayan və cari ilin 15 dekabrına qədər davam edəcək bu kampaniyada verilən əsas mükafat 999,9 əyarlı qızıl külçələrdir.

Kampaniya çərçivəsində hər ay nəcib metal - qızıl oynanılır. Əmanət hesabında ən azı 1 il müddətinə və 1000 AZN/USD/EUR məbləği olan hər bir əmanətçi kampaniyanin qalibi ola bilər. Əmanətin hər 1000 AZN/USD/EUR uduş üçün 1 şans verir. Bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmir.

Bank Respublikanın əmanətçiləri əmanətin məbləğindən və müddətindən asılı olaraq 45 günədək faizsiz kredit xətti ilə MasterCard və VISA kartlarını əldə edə, pulsuz bank seyfindən istifadə edə, bank hesabına səyahət, tibbi sığorta və güzəştli şərtlərlə kredit ala, plastik kart hesablarını idarə etməyə imkan verən "Home Banking" və "MobilBank" xidmətinə qoşula bilərlər.

Bank Respublika "Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bankda yerləşdirilmiş əhalinin əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır.

1992-ci ildən etibarən fəaliyyət göstərən Bank Respublika hazırda Azərbaycanın aparıcı banklarındandır. Bankın səhmdarları sırasında "25% + 1 səhm" paketinə malik Almaniyanın 2 böyük maliyyə təşkilatı təmsil olunur - KfW bank qrupunun üzvü DEG və Sparkassen-Finanzgruppe üzvü SIDT.

Xəbər lenti

Xəbər lenti