...

Turizm prioritet sahədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2010 14:12 (UTC +04:00)
Ölkəmizdə bir çox sahələr kimi, turizm də gün-gündən inkişaf edən, daim dövlətin dəstək və qayğısı ilə əhatə olunan, iqtisadi inkişafda taleyüklü, prioritet bir sahədir.
Turizm prioritet sahədir

Azərbaycan, Bakı, 19 may /Trend/

Ölkəmizdə bir çox sahələr kimi, turizm də gün-gündən inkişaf edən, daim dövlətin dəstək və qayğısı ilə əhatə olunan, iqtisadi inkişafda taleyüklü, prioritet bir sahədir. Azərbaycanın iqtisadi inkişafı naminə xidmət və məhsullarının spektrini dayanmadan genişləndirən və inkişaf etdirən AGBank üçün də turizm sahəsi daim diqqət mərkəzindədir. Turizmə göstərdiyimiz dəstəyin ən bariz təzahürü kimi, ölkənin aparıcı turizm şirkətlərinin AGBank-da xidmət olunmasını qeyd edə bilərik. AGBank-ın xüsusilə regional miqyasda turizmin inkişafında maraqlı olmasını isə, ənənəvi bankdaxili filial və departament konfranslarının hər il Azərbaycanın müxtəlif rayon və şəhərlərində təşkil olunmasından və bank əməkdaşlarının yüzə yaxın tərkiblə bir neçə günlüyə bölgələrimizdə, ölkənin ən gəzməli-görməli yerlərində istirahət etməsindən görmək mümkündür.

Hər dəfə müştərilərini yeni-yeni xidmət və məhsulları ilə sevindirən AGBank, xüsusilə xarici səfərlərə tez-tez çıxan plastik kart sahiblərinə gözəl fürsətlər təklif etməklə, onların komfortunu düşünməkdədir. Məsələn, AGBank-ın plastik kart paketlərində yer alan müxtəlif ödəniş sistemlərinə aid kartların sahibləri, getdikləri xarici ölkələrdə kartlarının ödəniş sistemləri ilə uyğunsuzluq problemini yaşamırlar. Ötən ilin sonunda isə AGBank Azərbaycanda ilk dəfə olaraq öz müştərilərinə bank xidmətləri bazarında tamamilə yeni bir məhsul təklif etmişdi - AGClub Gold HEI kart paketi. MasterCard Gold, Visa Gold, sığorta kartı və AGClub diskont kartından əlavə, paketə unikal Hotel-Express Intrenational kartı da daxil edilmişdi. Bu kart səyahətlər zamanı xərcləri xeyli azaldan nadir bir kartdır. Hotel-Express diskont kartı dünyanın 9000-dən çox mehmanxanasında 50% endirim təqdim edir. Əgər müştəri səyahətə, xarici ölkədə istirahətə hazırlaşırsa, bu kartı əldə etməklə onun üzərindəki üzvlük nömrəsi ilə www.hotel-express.com, saytında mehmanxana seçmək, eləcə də otaq bronlaşdırmaq şansı əldə edir. Mehmanxanadan təsdiqedici cavab alındıqdan sonra isə, müştəri otağın standart dəyərinin, sadəcə, yarısını ödəyir.

 Hotel-Express kartı ilə eyni dövrdə, AGBank-ın digər bir unikal məhsulu olan MasterCard World Signia proqramının təqdimatı da keçirilmiş və bu proqram sayəsində bankın müştəriləri xarici səfərlər zamanı praktik olaraq bütün problemlərinin həlli şansını əldə etmişdilər. Kartın üzərində göstərilən telefon nömrəsinə zəng edən müştəriyə dərhal rusdilli konsyerj xidməti cavab verməkdə və istənilən problemin həllində ona yardımçı olmaqdadır. Bu yardımların arasında elitar restoranda masanın sifarişindən və istənilən tədbirlərə biletlərin alınmasından başlayaraq, yaxtanın götürülməsinə və hədiyyələrin çatdırılmasına qədər geniş servis çeşidləri də vardır.

Bunlardan bir qisminə nəzər yetirək:

Kartın itirilməsi ya da oğurlanması halında plastikin təcili dəyişdirilməsi, yaxud nağd vəsaitin verilməsi; kartla alınmış əşyaların itirilməsi, ya da oğurlanması hallarında; kart vasitəsilə alınmış malın dəyərinin ödənilməsi; kart vasitəsilə alınmış malın zəmanət müddətinin artırılması; biletlərin və mehmanxanaların qabaqcadan saxlanılması və səyahətlər haqqında məlumatın verilməsi; avtomobillərin icarəyə götürülməsi; sürücü ilə təmin olunması; hava limanında qarşılanma; tərcüməçi ilə təmin olunma; istənilən tədbirlərə biletlərin təqdim olunması; məktubların çatdırılması; hava limanında lonjda olmaq imkanının yaradılması (Priority Pass).

Yeri gəlmişkən, bu yaxınlarda, MasterCard Signia kartını əldə edən bank müştərilərindən biri, İspaniyanın paytaxtı Madrid şəhərinə ikinəfərlik səyahət bileti qazanıb.

Xatırladaq ki, 2009-cu il ərzində bankın aktivləri 13%-dən çox artaraq, ilin sonuna 240 mln manata yaxınlaşıb. Bankın kredit portfeli il ərzində 32 mln manat artaraq, 188 mln manat təşkil edib. Fiziki şəxslərdən cəlb edilmiş müddətli əmanətlərin həcmi il ərzində 31% artaraq, 2009-cu ilin sonuna 82 mln manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti