...

Azərbaycanda keyfiyyətsiz şirniyyat məhsulları aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2010 15:36 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 1, ev 35 ünvanında fiziki şəxs Hikmət Hüseynova məxsus “Unikal” müəssisəsində aparılan yoxlama zamanı “Bəhrə” əmtəə nişanlı biskvit, keks və peçenyelərin üzərində yararlılıq müddətinin normativ-texniki sənədlərdə müəyyən edilmiş müddətlərdən çox göstərildiyi aşkar edilmişdir.
Azərbaycanda  keyfiyyətsiz şirniyyat məhsulları aşkar olunub

Аzərbaycan,Bakı, 29 may / Trend,müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 1, ev 35 ünvanında fiziki şəxs Hikmət Hüseynova məxsus "Unikal" müəssisəsində aparılan yoxlama zamanı "Bəhrə" əmtəə nişanlı biskvit, keks və peçenyelərin üzərində yararlılıq müddətinin normativ-texniki sənədlərdə müəyyən edilmiş müddətlərdən çox göstərildiyi aşkar edilmişdir.

Belə ki, mövcud standartların tələblərinə əsasən, biskivitlərin maksimal saxlama müddəti 1 ay, kekslərin 15 gün, peçenyelərin isə 1 ay təşkil etdiyi halda, "Bəhrə" əmtəə nişanı ilə istehsal edilən məhsulların etiketlərində bu müddətlər müvafiq olaraq 4 ay, 6 ay və 6 ay göstərilmişdir. Bundan başqa, müəssisədə istehsal olunan məhsulların uyğunluq sertifikatlarının olmadığı aşkarlanmışdır.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən bu məhsulların istehsalının və satışının təxirə salınmadan dayandırılması, həmçinin ticarət şəbəkələrindən yığılması barədə sahibkar Hikmət Hüseynova icrası məcburi göstəriş verilmiş, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara qənaddı məmulatları alarkən diqqətli olmağı və "Unikal" müəssisəsi tərəfindən istehsal olunan "Bəhrə" əmtəə nişanlı biskvit, keks və peçenyeləri almamağı tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti