...

Azərbaycanın valyuta bazarının həftəlik xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2010 13:11 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd ucuzlaşıb (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80362 manat səviyyəsində müəyyən edilib.
Azərbaycanın valyuta bazarının həftəlik xülasəsi

Azərbaycan, Bakı, 14 iyun / Trend , müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd ucuzlaşıb (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80362 manat səviyyəsində müəyyən edilib.

Manata münasibətdə dolların maksimum məzənnəsi iyunun 9-10-na 1 ABŞ dolları üçün 0,8038 manat, minimum isə iyunun 8-dən 1 ABŞ dollarına 0,8036 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

31 may

0,8036

7 iyun

0,8037

1 iyun

0,8036

8 iyun

0,8036

2 iyun

0,8036

9 iyun

0,8038

3 iyun

0,8036

10 iyun

0,8038

4 iyun

0,8037

11 iyun

0,8037

Həftə ərzində orta

0,80362

Həftə ərzində orta

0,80372

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi dəyişilməz qalıb. Orta məzənnə 1 ABŞ dollarına 0,8037 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyunun 7-də sövdələşmə həyata keçirilməyib; ona görə də məzənnə 0,8037 AZN/USD səviyyəsində saxlanılıb, iyunun 8-də 0,8037 AZN/USD məzənnə ilə $4,1 mln, iyunun 9-da- 0,8037 AZN/USD məzənnəsi ilə $1,73 mln, iyunun 10-da 0,8037 AZN/USD məzənnəsi ilə $1,9 mln və iyunun 11-də 0,8037 AZN/USD məzənnəsi ilə $1,509 mln təşkil edib.

Manatın ABŞ dollarına münasibətdə birja məzənnəsi:

31 may

0,8037

7 iyun

0,8037

1 iyun

0,8037

8 iyun

0,8037

2 iyun

0,8037

9 iyun

0,8039

3 iyun

0,8037

10 iyun

0,8039

4 iyun

0,8037

11 iyun

0,8038

Həftə ərzində orta

0,8037

Həftə ərzində orta

0,8037

USD/AZN T+1 və T+2 və alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti son həftədə dəyişməz qalıb; alışı 9 manat, satışı 10 manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə prosesinin təmin edilməsi üzrə əlavə tədbirlər haqda fərmanına uyğun olaraq, onların istifadə müddəti daha 1 il, 2011-ci il yanvarın 1-dək uzadılıb. Belə qərar bu gün dövriyyədən, təxminən, çeklərin 80 faizinin çıxarılması ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti