...

"Azərbaycan Dəmir Yolları" cənub istiqamətində qatarların hərəkətini bərpa edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2010 17:13 (UTC +04:00)
Yaxın günlərdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Kür çayıında suyun səviyyəsinin qalxması ilə əlaqədar Şırvan-Astara marşrutu üzrə cari il mayın 9-dan etibarən qatarların dayandırılan hərəkətini bərpa etmək niyyətindədir.
"Azərbaycan Dəmir Yolları" cənub istiqamətində qatarların hərəkətini bərpa edəcək

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Yaxın günlərdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Kür çayıında suyun səviyyəsinin qalxması ilə əlaqədar Şırvan-Astara marşrutu üzrə cari il mayın 9-dan etibarən qatarların dayandırılan hərəkətini bərpa etmək niyyətindədir. Bu barədə QSC sədri Arif Əsgərov bildirib.

Hərəkət sürət məhdudiyyəti ilə bərpa ediləcək.

Hazırda yarğanların dördü bərpa olunub. Osmanlı-Azadkənd mənzilinin 15-ci kilometrində, Azadkənd-Salmanlı mənzilinin 19-cu, 21-ci (1-ci piket) və 24-cü kilometrlərində olan yarğanlar bağlanıb, suyun digər istiqamətə ötürülməsi üçün dəmir borular qoyulub.

Hazırda Azadkənd-Salmanlı mənzilinin 21-ci kilometrinin 7-ci piketində olan sonuncu yarğanın bağlanması istiqamətində gərgin iş gedir. Bərpa işləri çox mürəkkəb bir şəraitdə aparılır. Ərazidən suyun tam çəkilmədiyinə görə "Azərbaycan Dəmir Yolları" QSC Həkim-Sanitar Xidmətinin yerli təşkilatları gün ərzində bir neçə dəfə profilaktik tədbirlər aparırlar.

Ümumilikdə təmir-bərpa işləri çərçivəsində yolun 54-cü kilometrliyində133 metrlik körpünün zədələnmiş tağlarının dəyişdirilməsi, üst quruluş elementlərinin quraşdırılması, 23 km məsafədə torpaq yatağında yaranmış birtərəfli yatmaların ləğv olunması, hər birinin uzunluğu 10,5 metr, diametri 1,78 metr olan 6 ədəd metal borunun qoyulması nəzərdə tutulub.

Həmçinin, 38 kilometr uzunluğunda rabitə və 2 kilometr uzunluğunda siqnal kabellərinin və 8 kilometr məsafədə hava rabitə xəttinin yıxılmış ağac dirəklərinin dəyişdirilməsi həyata keçiriləcək.

Su səviyyəsinin artması ilə əlaqədar dəmir yolunun 15-ci kilometrində, Azadkənd-Salmanlı mənzilinin 19-cu, 21-ci (2 yerdə) və 24-cü kilometrlərində subasmanın qarşısını almaq və suyu digər istiqamətə ötürmək üçün dəmir yolu yatağı beş yerdən yarılıb. Sonradan yarılan yol yatağı xeyli genişlənib, həmin istiqamətdə 23 kilometrə yaxın yolun torpaq yatağı çökməyə məruz qalıb.

Xəbər lenti

Xəbər lenti