MBASK Sığorta Şirkəti "Mercedes Benz C200" avtomobilinin sığortaçısına 13 637 AZN məbləğində iri sığorta ödənişi həyata keçirib, - cümə günü şirkətdən verilən məlumatda deyilir.
"Cari ilin əvvəlindən MBASK Sığorta Şirkəti öz müştərilərinə 1 566 987 AZN-dən artıq məbləğdə ödəniş həyata keçirib; bunlardan 1 110 210 AZN-dən çoxu (71%) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşür", - məlumatda deyilir.
Qeyd etmək lazımdır ki, "Client Сare" xidmətinin həyata keçirilməsi çərçivəsində MBASK şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirmişdir. Belə ki, konkret olaraq, MBASK şirkəti öz korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması üzrə, özünün özəl müştərilərinə isə MBASK şirkəti VİP-xidmət olunma xidmətini göstərir.
Azərbaycanın sığorta bazarında 1992-ci ildən bəri fəaliyyət göstərən СК MBASK 29 sığorta xidməti göstərir ki, onlardan 4-ü mütləqdir. Şirkətin ümumi kapitalı 5,73 milyon manat təşkil edir. Şirkətin sığorta haqları yanvar-may aylarında 2,72 milyon manat təşkil edib.