...

Yeni Moskva-Naxçıvan-Moskva aviareysi açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2010 17:04 (UTC +04:00)
İyulun 27-dən etibarən Moskvanın "Atlant-Soyuz" aviaşirkəti Moskva-Naxçıvan-Moskva marşrutu üzrə yeni müntəzəm aviareys açır.
Yeni Moskva-Naxçıvan-Moskva aviareysi açılır

Аzərbaycan, Bakı, 21 iyul /Trend, müxbir E.İsmayılov/

İyulun 27-dən etibarən Moskvanın "Atlant-Soyuz" aviaşirkəti Moskva-Naxçıvan-Moskva marşrutu üzrə yeni müntəzəm aviareys açır. Bu barədə çərşənbə günü aviaşirkətdən verilən məlumatda deyilir.

Məlumata görə, Moskvadan uçuş yerli vaxtla 12:00-da həyata keçiriləcək, təyyarənin Naxçıvana enmə vaxtı 15:45-dir. Naxçıvandan uçuş 16:45-də, Moskvaya çatma vaxtı (Moskva vaxtı ilə) 18:30-da baş tutacaq. Moskva-Naxçıvan marşrutu üzrə biletin minimum qiyməti 160 avro təşkil edir.

Bu "Atlant-Soyuz" aviaşirkətinin Azərbaycanda artıq ikinci istiqamətidir. Bundan əvvəl 2009-cu ilin avqust ayında Moskvadan Gəncəyə uçuşlar başlanıb.

Xəbər lenti

Xəbər lenti