...

Azərbaycanda "Bakı KEL" şirkətinin sərinləşdirici içkilərinin satışı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2010 18:49 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Bakı KEL" kiçik müəssisəsi tərəfindən istehsal olunan məhsulların satışı dayandırılıb və insan orqanizmi üçün təhlükəli olan 17 ton nektar, şirə və qazlı suların məhv edilməsi barədə göstəriş verilib.
Azərbaycanda "Bakı KEL" şirkətinin sərinləşdirici içkilərinin satışı dayandırılıb

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Bakı KEL" kiçik müəssisəsi tərəfindən istehsal olunan məhsulların satışı dayandırılıb və insan orqanizmi üçün təhlükəli olan 17 ton nektar, şirə və qazlı suların məhv edilməsi barədə göstəriş verilib. Bu barədə naziriliyin çərşənbə axşamı yayılan məlumatında deyilir.

"Belə qərar müəssisədə aparılan yoxlama zamanı "Prince", "KEL", "Premyer" adlı nektarlardan, "Aroma" adlı şirə və nektarlardan, "Aqua Lux" adlı qazlı sulardan nümunələr götürülərək laborator müayinəyə göndərilməsi əsasında qəbul edilib", - məlumatda qeyd olunub.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən "Aroma" adlı nektar və şirələrdə, "KEL", "Prince" adlı nektarlarda quru maddənin kütlə payının normadan az, titirlənən turşuların payının normadan çox olduğu, "Aqua Lux" adlı qazlı sularda mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox və tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformalar) olduğu və bu məhsulların insan sağlamlığı üçün təhlükəli olması müəyyən edilib. Müayinələr göstərib ki, bu məhsullar insan sağlamlığı üçün təhlükəlidir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıları "Bakı KEL" kiçik müəssisəsində istehsal edilən keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli nektar, şirə və qazlı suları almamağa çağırır.

Xəbər lenti

Xəbər lenti