...

Azərbaycanda dondurma istehsalçısına qarşı sanksiyalar tətbiq olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2010 16:52 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə dondurma istehsalı ilə məşğul olan fiziki şəxs Müzəffər Poladov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb. Bu barədə nazairliyin şənbə günü yaydığı məlumatda deyilir.
Azərbaycanda dondurma istehsalçısına qarşı sanksiyalar tətbiq olunub

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir H.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə dondurma istehsalı ilə məşğul olan fiziki şəxs Müzəffər Poladov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb. Bu barədə nazairliyin şənbə günü yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, qanun pozucusuna qarşı 1,6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti